Fransanın PSJ klubunun futbolçusu Neymar zədələnib.

Unikal.org xəbər verir ki, 28 yaşlı hücumçu çempionatın XIV turunda "Lion"la ev matçının sonlarında xəsarət alıb. Rəqib futbolçu Tiaqo Mendes ona qarşı kobudluq edib və qırmızı vərəqə alıb.

Neymar meydanı xərəkdə tərk etməli olub. Braziliyalı oyunçunun zədəsinin ciddi olduğu ehtimal edilir. Qeyd edək ki, qarşılaşma "Lion"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.