UEFA Avropa Liqasında qrup mərhələsinin sonuncu turuna start verilib.

Unikal.org xəbər verir ki, VI tur çərçivəsində 23 oyundan 12-si artıq başa çatıb.

Qeydə alınan nəticələrə əsasən, daha 4 komanda 1/16 final mərhələsinə vəsiqə qazanıb.

A qrupunda İsveçrədə Rumıniyanın ÇFR klubunu məğlub edən "Yanq Boyz" adını pley-offa yazdırıb.

B qrupunda Avstriyada "Rapid"la heç-heçə edən Norveç "Molde"si növbəti mərhələyə adlayıb. F qrupunda isə İtaliyanın "Napoli" və İspaniyanın "Real Sosyedad" klubları 1/16 finala çıxıblar.