İtaliyanın “Yuventus” klubunun direktorları Pavel Nedved və Fabio Paratiçi diskvalifikasiya olunub.

Unikal.org xəbər verir ki, bu barədə A seriyasının mətbuat xidməti məlumat yayıb.

Hər iki klub rəsmisi çempionatının X turunda “Torino” ilə görüşdə (2:1) hakimi təhqir etdiyi üçün cəzalandırılıb. Baş hakim hesabatında onların bir neçə dəfə təhqiramiz ifadə işlətdiyini yazıb. Paratiçi dekabrın 14-nə, Nedved isə 21-nə qədər oyunlara buraxılmayacaq. Çexiyalı sabiq yarımmüdafiəçi həm də 10 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, “Yuventus”un üçüncü qapıçısı Karlo Pinsolyo 1 oyunluq cəzalandırılıb.