"Olimpia medalını Bakıya gətirəcəyəm"
"Olimpia medalını Bakıya gətirəcəyəm"

Ruslan Rüstəmov yenə qalib oldu

-Özünüzü təqdim edin?
-Rüstəmov Ruslan Nadir oğlu. 1998-ci ildə Bakı şəhərində anadan olmuşam.
-Nə vaxtdan boksla məşğul olursan?
- iki ildir ki, Bakı şəhərində "Rabitəçi" klubunda boksla məşğul oluram. Klubda İlham Əlimzanovdan dərs alırıq və demək olar ki, klubumuz ciddi uğurlara sahib ola bilir.
- Şəxsi uğurlarınız olubmu, bu günə qədər?
- Ötən ilin dekabrında Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr edilmiş boks yarışında çıxış etdim və 15 saniyə müddətində rəqibimi noqdauna sala bildim. Bundan sonra digər rəqiblərimlə də ciddi görüşlərim oldu. Nəticədə bütün rəqiblərimə qalib gələrək birinci yerə layiq oldum. Buna görə də birinci dərəcəli diplom və boks əlcəyi mükafat olaraq aldım.
-Növbəti hansı uğurlarınız olub?
- İkinci dəfə başqa bir böyük yarışa qatıldım. Bu dəfə 2012-ci ilin fevral ayında orta məktəblər arasında keşirilən respublika yarışında iştirak edirdim. Bu yarış daha çətin və ağır olacaqdı deyə, müəllilimiz xüsusi proqramla bizi yarışa hazırladı. Bu yarışda da müəllimimizin ümidini doğrulda bildim və bütün rəqiblərin üzərində təmiz qələbə qazanmaqla birinci yeri tutdum.
-Nəhayət, son yarışda da qələbə qazandınız?
- Bəli. Bu dəfə də qarşımıza xüsusi tapşırıqlar qoyulmuşdu. Müəllimiz bizdə inam yaratmışdı ki, bu yarışdan da qalib çıxmalıyıq. Bakı miqyaslı bu yarışda da 4 rəqibim var idi. Bu yarışda da rəqiblərim kifayət qədər güclü və peşəkar idi. Buna baxmayaraq bütün rəqiblərin üzərində qələbə qazandım və yenə də birinciliyə sahib oldum.
-Ruslan, ən böyük arzun nədir?
-Sona qədər birinciliyi qorumaq və olimpiya çempionu olmaq istəyirəm. Bunun üçün yaxşı imkanlar yaradılıb və çox istəyirəm ki, prezident İlham Əliyevin bizlər üçün yaratdığı bu şəraitdən ağılla bəhrələnib, olimpia medalını ölkəmizə gətirmək istəyirəm.
-Səncə buna gücün çatacaqmı?
- Mən özümə inanıram və bu günə qədər qarşıma qoyulan vəzifələri necə yerinə yetirmişəmsə, bundan sonra da eyni qaydada davam edəcəyəm.

Söhbətləşdi: Elşad