Bu ilin aprel ayında uşaqlara ən çox qoyulan adlar məlum olub.

Unikal.org  xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Cari ilin aprel ayında doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlara Uğur, Əli, Yusif, Hüseyn və Ömər, qız cinsindən olanlara isə Zəhra, Zeynəb, Aylin, Mələk və Nuray kimi adlarn verilməsi üstünlük təşkil edib.