Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev şöbə müdirini işdən çıxardı.

Unikal.org-un əldə etdiyi məlumata görə,  Anar Tağıyevin əmri ilə Yevlax ŞİH Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Həsənov Ayaz Əvəz oğlu vəzifəsindən azad edilib. Onun yerinə isə Bəşirov Mirtofiq Fəxrəddin oğlu təyin edilib. 

Qeyd edək ki, M.Bəşirov bu təyinata qədər Yevlax Rayon Təsərrüfatı şöbəsində  Baş Məsləhətçi vəzifəsində çalışıb.

Famil Fərhadoğlu