Xəbər verdiyimiz kimi, aprelin 27-dən Azərbaycanda bir sıra iş və xidmət sahələrində fəaliyyət bərpa olunur.

Unikal.org xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov facebook səhifəsində bildirib ki, məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək.