Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan mənzil bazarında ötən ilin sonuncu rübü ilə müqayisədə ucuzlaşma, eyni dövrünə nisbətən cüzi bahalaşma müşahidə olunub.

Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin I rübündə mənzil bazarında qiymət indeksi 2019-cu ilin IV rübü ilə müqayisədə 99,8%, o cümlədən ilkin mənzil bazarı üzrə 100%, təkrar mənzil bazarı üzrə 99,8% təşkil edib.

2020-ci ilin I rübündə mənzil bazarında qiymət indeksi 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 100,1%, o cümlədən ilkin mənzil bazarı üzrə 99,1%, təkrar mənzil bazarı üzrə 100,1% təşkil edib.