"Real" ev oyunlarını keçirdiyi "Santiyaqo Bernabeu" stadionundan bir müddətlik yararlanmaq niyyətində deyil.

Unikal.org xəbər verir ki, Madrid klubu koronavirus pandemiyası səbəbindən qarşılaşmanın azarkeşsiz keçirilməsini nəzərə alaraq başqa məkana köçmək niyətindədir.

"Kral" klubu "Kastilya"nın məskunlaşdığı “Alfredo di Stefano” stadionundan istifadə etməyi planlaşdırır. Madrid təmsilçisi La Liqadakı oyunlarını Valdebebasdakı bazasında yerləşən arenada keçirtmək arzusundadır.

Qeyd edək ki, "Real" rəhbərliyi tezliklə “Santyaqo Bernabeu” stadionundakı yenidənqurma işlərinə start verəcək.