Avstriyanın çempion döyüşçüsü Villi Ott İslam dinini qəbul edərək, müsəlman olub.

Unikal.org məlumat verir ki, Vyanada şəxsi  salonunda çox sayda müsəlman idmançı ilə işlədiyini bildirən çempion döyüşçü Villi Ott, sosial şəbəkə hesabından “Əslində bu günə qədər reklam mövzusunda danışmamışam, amma bu seçimi izah etməyi qərara aldım, bəlkə də bu digər insanlara ilham verəcək. Mən tanıdığım müsəlmanların nə qədər təmiz və gözəl bir əxlaq olduğunu gördüm. Ədaləti görmək də xoşuma gəldi, bəyəndim, uzun müddət bu məsələni araşdırdıqdan sonra müsəlman olmağa qərar verdim.İslamın insanlara güc verdiyini başa düşdüm.İlk Ramazan ayında oruclarımı tutacağam və səbirsizliklə gözləyirəm.İslam inancı ilə daha güclü olacağımı hiss edirəm” deyə paylaşım edərək, müsəlman olduğunu açıqlayıb.