Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başlatdığı sosial aksiyaya Azərbaycan Güləş Federasiyasının Vitse-prezidenti Firdovsi Umudov  da qatılıb.

Unikal.org xəbər verir ki,  Firdovsi Umudov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” şüarına dəstək olaraq 200-dən çox aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı tənha şəxslərə, şəhid və qazi ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylayıb.

Federasiyanın vitse-prezidenti həmçinin xəstə və ehtiyacı olan ailələri evlərində ziyarət edib və digər qayğıları ilə  maraqlanıb.