Məşhur amerikalı boks hakimi Eddi Kotton koronavirusa yoluxduqdan sonra vəfat edib.

Unikal.org xəbər verir ki,  Eddi Kotton bu səhər vəfat edib. Həyat yoldaşının dediyinə görə, iki həftə əvvəl sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Daha sonra isə ona koronavirus diaqnozu qoyulub.

Qeyd edək ki, 72 yaşlı Kotton Denis Lebedev, Marko Huk, Lennoks Lyuis, Mayk Tayson, Oleq Maskaev, Hasim Rəhman və başqalarının döyüşlərində hakimlik edib.