İngiltərənin “Liverpul” klubunun azarkeşi Deyv Ronald koronavirusdan dünyasını dəyişib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 65 yaşlı fanat Ronald, 1989-cu ildə “Hillsboro” stadionunda baş verən faciədə sağ qalmağı bacarmışdı.

1989-cu il, aprelin 15-də “Hilssboro” stadionunda keçirilən “Nottinqem Forest” – “Liverpul” matçı zamanı tribunalar çökmüşdü. Hadisə nəticəsində 96 “Liverpul” azarkeşi vəfat etmişdi.

Hadisədən sonra Ronald tribunaların dağıntıları yaxınlığında oturarkən şəkli şəkilmişdi. Həmin foto hadisəylə bağlı məhşur fotolardan biri idi.