Azərbaycanın Serbiyadakı səfirliyi vizaların verilməsində məhdudiyyətlər tətbiq edib.

Unikal.org xəbər verir ki, səfirliyin konsulluq sahəsində çalışan əməkdaşları, habelə qəbula gələn vətəndaşlar arasında koronavirusa yoluxma riskinin azaldılması məqsədilə təcili olmayan konsulluq əməliyyatları təxirə salınıb. Vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və fərdi qaydada aparılacaq.

Hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırılma və ya hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının səfirliyin konsulluq şöbəsində qeydiyyata alınmaları üçün müraciət etmələri (Tel: +381 11 35 15 101, Email: [email protected]) tövsiyə olunur.

Ölkədəki azərbaycanlılar da hər hansı problemin yarandığı təqdirdə səfirliyin +381 62 189 13 24 nömrəli “qaynar xətt”i ilə əlaqə saxlaya bilərlər.