Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Unikal.org UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına Marsel Sabitzer (“Leyptsiq”), Yosip İliçiç (“Atalanta”), Xuan Bernat (PSJ) və Yan Oblak (“Atletiko”) namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.