İtaliyanın məşhur futbol klublarından olan “Yuventus” müdafiəçisi koronavirus xəstəliyinə tutulub. 

Unikal.org məlumat verir ki, “Yuventus”un müdafiəçisi Daniele  Ruganinin koronavirus testinin müsbət olduğu açıqlanıb. 

Belə ki, klub müdafiəçisi D.Ruga İtaliya hökumətinin  təyin etdiyi karantin qaydalarına, əsasən, nəzarət altında olduğu bildirilib.  

Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 827-ə yüksəlib.  

Gülayə Mecid