Almaniyanın II Bundesliqasında çıxış edən "Hannover" klubunun futbolçusu Timo Hübers koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, analizləri müsbət nəticə verən 24 yaşlı müdafiəçi karantinə alınıb. Virusun Hübersə yaxın dostundan keçdiyi vurğulanıb.

Mümkün təhlükənin qarşısını almaq məqsədilə "Hannover" komandasının bütün üzvlərinin koronavirus testindən keçiriləcəyi bildirilib.