Bütün dünyaya təsir göstərən koronavirus futbol dünyasına təsirini davam etdirir. Bu dəfə pis xəbər  Yunanıstandan gəlib. 

Unikal.org məlumat verir ki, Yunanistanın məşhur futbol komandası “Olympiacos”un sahibi və prezidenti Evangelos Marinakis şəxsi sosial şəbəkə hesabından verdiyi açıqlamada koronavirusa tutulduğunu bildirib.  

Qeyd edək ki, 52 yaşlı Marinakis, koronavirus üçün test etdiyini və testin nəticələrinin müsbət olduğunu söyləyib.

Gülayə Mecid