Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.

Unikal.org xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Günün ilk matçı Qəbələdə keçirilib. “Sumqayıt” səfərdə “Qəbələ”nin qonağı olub və beş cavabsız qola üzülüb.

Günün digər oyununda “Neftçi” doğma meydanda “Sabah”ın müqavimətini qırmağa çalışıb və dörd cavabsız qola sevinib.

Tura sabah keçiriləcək iki qarşılaşmayla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 20-ci tur

7 mart

Qəbələ – Sumqayıt 5:0

Neftçi – Sabah 4:0

8 mart

Səbail – Zir

Keşlə – Qarabağ