Əgər prezident Rəcəb Tayyib Ərdoğan öz siyasətini dəyişməsə, bu, Türkiyə üçün Krım və Donbası itirən Ukrayna kimi baha başa gələ bilər.

Unikal.org xarici mətbuata istinadla xəbər verir ki, belə bir iddia ilə “Rusiya zabitləri” rəyasət heyətinin sədri, Rusiya Qəhrəmanı, general-mayor Sergey Lipovoy çıxış edib.

O, Suriyadakı vəziyyətin gərginləşməsini şərh edərkən deyib:

“Mən, əlbəttə ki, kürdləri, onların çoxdan ayrılmağı arzulamalarını nəzərdə tuturam. Onların ardınca digər azlıqlar da hərəkətə keçəcəklər”.

Lipovoyun sözlərinə görə, Ərdoğan və onun ətrafı qarayaxma ilə məşğuldur. Onun fikrincə, onların təsir etmək imkanı yoxdur, çünki ABŞ-la münasibətlər pozulub, Ankara da onların dəstəyinə güvənmir. “İran və Rusiya əleyhinə də Türkiyə şansılı sayılmır”.

General Lipovoy boğazlar hesabına deyilənləri də doğru saymır:

“Birincisi, onları bağlamaq Türkiyə üçün sərfəli deyil. Məsələ hətta onda da deyil ki, bu, beynəlxalq hüquqa və NATO-nun maraqlarının ziddinədir – bu, Türkiyənin özünün iqtisadiyyatına zərbədir, çünki neft və tazıl tranziti ilə qidalanır.

İkincisi, bu, Rusiyaya heç bir əhəmiyyətli zərər vurmayacaq. Qibraltar vasitəsilə Aralıq dənizinə keçəcəyik. Yaxud İranla müqavilə imzalayacağıq və bu ölkənin ərazisi ilə vacib olan hər şeyi keçirəcək və Süveyş kanalı vasitəsilə Suriyaya çatdıracağıq.

Üstəlik, İran Suriyadakı hadisələrin tezliklə nizamlanmasına maraqlıdır və başa düşür ki, bunu Rusiyasız etmək mümkün deyil”.