Azərbaycan Turizm və Menecment Universitetinin bakalavr pilləsində təhsil alan tələbələri istehsalat təcrübəsinə başlayıblar. 

Unikal.org xəbər verir ki, Universitetdən verilən xəbərdə bildirilir ki, 2019/2020-ci tədris ilində 238 tələbə ölkəiçi istehsalat təcrübəsindən faydalanacaq.

Müvafiq müəssisələrlə qarşılıqlı razılaşmaya  əsasən ATMU tələbələrindən 228 nəfəri Bakıda, 10 nəfəri isə Sumqayıt,  Ağdaş , Zərdab, Sabirabad, Bərdə, Goranboy və digər bölgələrdə artıq  istehsalat təcrübəsinə başlayıblar. Bakalavr tələbələrinin peşəkar vərdişlərə yiyələnmələrinə istiqamətlənən istehsalat təcrübəsi fevralın 17-dən may ayının 25-dək davam edəcək.