Bakıda ölüm hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Rayon ərazisindəki küçələrdən birində təxminən 30-40 yaşlarında naməlum kişi meyiti tapılıb. Onun gecə küçədə soyuqdan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.