Şamaxıya güclü qar yağıb, yollar buz bağlayıb.

Unikal.org xəbər verir ki,  "ARB TV"nin əməkdaşı buzlu yolları çəkərkən "BMW" markalı avtomobil sürüşərək onun üstünə gəlib. Avtomobilin sürücüsü isə jurnalistdən yoldan çıxmasını tələb edib. Canını güclə qurtaran jurnalist isə ona "Hara çıxım? Çıxış var?" deyərək etiraz edib.