Bakıda gənc oğlan yağışlı havada sürücülərə kömək edib.

Unikal.org xəbər verir ki, paytaxtın Nərimanov rayonunda işıqfor işləməyib. Həmin vaxt yolda tıxac yaranıb. Yolayrıcında sürücülərin əziyyət çəkdiyini görən gənc oğlan onlara yol göstərib. Gəncin bu addımı ətrafda olan insanların təəccübünə və müsbət reaksiyasına səbəb olub.