Sumqayıtda 79 yaşlı kişi səhvən kimyəvi maddə içərək ölüb.

Unikal.org xəbər verir ki,  hadisə şəhərin 4-cü mikrorayonunda baş verib.

Sumqayıt şəhər sakini, 1940-cı il təvəllüdlü Rəcəbov Sovet Müstəcəb oğlu öz evində səhvən su əvəzinə kimyəvi maddə içib. Yaşlı kişini dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.