Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol qəzası baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, avtoqəza Qobustan rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, daha 3 nəfər isə xəsarət alıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.