Bərdədə 5 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, rayonun Qazıqurdalı kəndində ümumi sahəsi 182 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 36 m² sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan evə bitişik ümumi sahəsi 45 m² olan talvarın lambirindən ibarət tavanı 20 m² sahədə əriyib. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.