Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Famil Fərhadoğlu