Bərdə rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb. 

Kənd sakini 1983-cü il təvəllüdlü Səbuhi Məmmədov ağacda budama işləri apararkən yıxılıb. Ağır xəsarət alan S.Məmmədov Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.