Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Unikal.org-a verilən məlumata görə, Sabirabad rayonu Qarağac kənd sakini Elsevər Nəsirov qanunsuz olaraq odlu silah saxlamaqda şübəli bilindiyi üçün Hacıqabul rayonu ərazisində saxlanılıb. Ona məxsus avtomobildən 1ədəd “İJ-52” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.