Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 79 saylı marşrut avtobusu sürət həddini aşaraq avtomobillə toqquşub. Hadisə zamanı avtobusdakı sərnişin, 1993-cü il təvəllüdlü Kərimova Təbəssüm Əsəd qızı xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb.

Ona sağ diz oynağının əziyi diaqnozu qoyulub.