Siyəzən şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 8-də saat 1 radələrində Siyəzən şəhəri ərazisində Tofiq İsmayılov idarə etdiyi “Range Rover” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Araşdırma aparılır.