Məşhur futbolçu Uesley Sneyderdən boşanmaq qərarı alan Yolanthe Kabaunun həyat yoldaşına cavabı mətbuatın gündəminə düşüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Sneyderin "Hər şeyi mən bərbad etdim. Həm də bir neçə dəfə... "Axmaqlıq etdim" deyərək də səhvin özündə olduğunu etiraf edib. 

Susqunluğunu pozan aktrisa Hollandiyadakı Grazia jurnalına müsahibə verib.  O boşanmaqda qərarlı olduğunu deyərək sözlərinə belə davam edib:

"Çətin günlər yaşayıram. Bu çətin müddətdən güclənərək çıxacağam. Sevgi incitmir. İnsanların səhv seçimləri ağrıdır" cavab verib.