17 Sentyabr 2019
16 Sentyabr 2019
Beynəlxalq Bankın qadın əməkdaşını öldürən sevgilisi olub - TƏFƏRRÜAT (YENİLƏNİB)
Beynəlxalq Bankın qadın əməkdaşını öldürən sevgilisi olub -TƏFƏRRÜAT (YENİLƏNİB) KRİMİNAL 12:06 2019-09-08

Dünən gecə Göygöl rayonun Üçtəpə kəndində Beynalxalq Bankın Gəncə filialının əməkdaşı Cəlilli Günay Yusif qızının həmin bankda əvvllər mühafizəçi işləyən Məmmədov Orxan İlham oğlu tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları bəlli olub.

Unikal.org-un baku.ws-ə istinadən verdiyi məlumata görə, G.Cəlilli ilə O.Məmmədov arasında uzun illər sevgi münasibətləri olub.

Adıçəkilən şəxs onunla ailə quracağını bildirirmiş. Lakin qadının daha öncə ailəli və iki uşaq anası olması, O.Məmmədovdan yaşca da böyük olması Orxanın ailəsi tərəfindən qəbul edilməyib. Bundan sonra qadın qarşı tərəflə münasibəti bitirmək istəyib.

Hadisədən təxminən 1 həftə qabaq tərəflər arasında gərginlik olub. O.Məmmədov G.Cəlilliyə dəfələrlə onu və özünü öldürəcəyini deyib. Lakin qadın O.Məmmədovla yenidən mübasibət qurmaq istəməyib. G.Cəlillinin uzun illər bundan öncə həyat yoldaşı öldüyündən qadın bibisinin evində qalırmış.

Hadisə günü gecə saatlarında O.Məmmədov qadının yaşadığı evə gəlib. Ona "səni və özümü öldürəcəyimi demişdim" deyərək G.Cəlillinin boğaz nahiyyəsinə iki bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hadisə zamanı G.Cəlillinin bibisi də evdə olub. Qətli törətdikdən sonra O.Məmmədov idarə etdiyi avtomobillə qaçaraq ərazidən uzaqlaşıb.

Bildirək ki, hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Məmmədov Orxan İlham oğlu əvvəllər Beynalxalq Bankın Gəncə filialında mühafizəçi kimi işləyib. O, hazırda Kəlbəcər rayon Prokurorluğunda mühafizəçi kimi çalışır. 

09:01

xxx

Göygöl rayonunda qətl hadisəsi olub.

Unikal.org  report-a istinadən xəbər verir ki, rayonun Üçtəpə kəndində təqribən 30-35 olan Cəlili Günay Yusif qızı yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

G.Cəlilli Beynəlxalq Bankın Gəncə şəhər filialının əməkdaşıdır. Qətli törədən Orxan adlı şəxs də həmin bankda mühafizəçi işləyir. Qadının iki övladı qalıb. Həyat yoldaşının illər öncə rəhmətə getdiyi bildirilir. Qadın övladları və bibisi ilə birgə yaşayırmış.

Hadisənin dəqiq baş vermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.