18 Sentyabr 2019
Neymar oyuna çıxdı – 3 aydan sonra ilk dəfə
Neymar oyuna çıxdı –3 aydan sonra ilk dəfə İDMAN 18:25 2019-09-07

Braziliya millisinin hücumçusu Neymar dünən Kolumbiyaya qarşı keçirilən yoxlama oyununda (2:2) iştirak edib.

Unikal.org xəbər verir ki, bu, onun son üç ayda meydana çıxdığı ilk matç olub. O, 19-cu dəqiqədə Kazemiroya qol ötürməsi edib, 58-ci dəqiqədə isə özü də qol vurub.

Qeyd edək ki, Neymar son dəfə 3 ay əvvəl Qətərlə yoxlama görüşündə oynamışdı. Həmin matçın 19-cu dəqiqəsində isə zədələndiyi üçün əvəzlənmişdi.

Bu mövsüm o, Fransa Liqasında komandası PSJ ilə oyuna çıxmayıb.