17 Avqust 2019
16 Avqust 2019
Polisə talan olunduğunu dedi, əşyaları taksidə tapıldı - Bakıda
Polisə talan olunduğunu dedi, əşyaları taksidə tapıldı -Bakıda KRİMİNAL 18:15 2019-08-10

Avqustun 3-də axşam saatlarında Səbail rayonu M.Hüseynov küçəsində naməlum avtomobildən düşən iki şəxsin bakı şəhər sakini 1997-ci il təvəllüdlü Ə.Tariverdiyev adlı şəxsin boğmağa cəhd göstərilməsi, sonra ölümlə hədələyib içərisində 1000 manat dəyərində geyim, mobil telefon və digər əşyalarının quldurluq yolu ilə talanması ilə bağlı polis müraciət daxil olub. 

Unikal.org xəbər verir ki, 102 Zəng Mərkəzindən Səbail RPİ 9-cü Polis Bölməsinə daxil olan müraciət üzrə aparılan əməliyyat-axtarış tədbirləri ilə vətəndaşın talana məruz qalaması məlumatı tam və hərtərəfli yoxlanılıb. Vətəndaşın hərəkət marşurutu üzrə onun kordinatlarını çıxaran və istifadə etdiyi taksini araşdırmaqla müəyyən edib ki, vətəndaş hər hansı talana məruz qalmayıb, izahatında göstərdiyi əşyalar taksidə unudulub. 

Polis vətəndaşın unutduğu əşyaların sahibinə qaytarılmasını təmin etməklə, cinayət kimi qeydə alınan əməlinin gercək mahiyyətini üzə çıxarıb. Məlum olub ki, vətəndaş həmin gün içkinin təsiri altında olduğu üçün unutqanlıq edib.

Famil Fərhadoğlu