21 Sentyabr 2019
20 Sentyabr 2019
Yusif Babanlının yeni monoqrafiyası çapdan çıxdı - FOTO
Yusif Babanlının yeni monoqrafiyası çapdan çıxdı -FOTO İDMAN 19:24 2019-08-08

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasının prorektoru, professor Yusif Babanlının növbəti monoqrafiyası çapdan çıxıb.

Unikal.org xəbər verir ki, müəllifin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyinə ithaf editdiyi monoqrafiyası “Azərbaycan idmanının inkişaf yolları” adlanır. Monoqrafiyanın redaktoru pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Qasım oğlu Quliyevdir. Azərbaycanda idmanın inkişaf mərhələlərindən bəhs edən monoqrafyaya pedaqogika üzrə elmlər doktoru, professor Akif Nurağa oğlu Abbasov,  pedaqogika üzrə fəlsəfə doktoru, dosent  Ənvər Məmməd oğlu Abbasov, pedaqogika üzrə fəlsəfə  doktoru, dosent Vəli Heydər oğlu Əliyev və pedaqogika üzrə fəlsəfə  doktoru, dosent Bəhruz Ərzuman oğlu Cabbarlı müsbət rəy veriblər. 
 Azərbaycanda hər zaman bütün sahələrlə yanaşı idman sahəsinin də  inkişaf perspektivləri ciddi nəzarət altında olub. Müəllifin hazırladığı monoqrafiyada Azərbaycanda idman sahəsinin inkişaf mərhələlərini özündə əks etdirən maraqlı mövzulara geniş yer verilib. Kitabda xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə idmanın inkişafına xüsusi nəzarəti və qayğısı, həmçinin, gənclərlə aparılan  uğurlu idman siyasətinə dair məsələlərə də toxunulub. Bildiyimiz kimi, ölkəmizdə idman sahəsinin sürətli inkişafı Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və yüksək mövqeyə sahib olmasında xüsusi önəm daşıyır. Monoqrafiyada ölkəmizdə keçirilən mötəbər idman yarışları və Azərbaycanın bu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, həmçinin, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı parlaq qələbələr haqqında da  geniş məlumatlar verib.
Monoqrafiya  dövlətini və idmanı sevən hər bir azərbaycanlı oxucu üçün maraqlı və əhəmiyyətli olaraq geniş oxucu kütləsi qazanacaqdır. 
 


  • Yusif Babanlının yeni monoqrafiyası çapdan çıxdı -FOTO