Şəmkirdə "Hummer" markalı avtomobilində özünü yandıran şəxsin hadisə görüntüləri yayımlanıb. 

Unikal.org “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, yanğın "Hummer" markalı avtomobildə baş verib. Belə ki, rayon sakini Fuad Həsənov əvvəlcə avtomobilini, daha sonra özünü də yandıraraq intihara cəhd edib. Buna səbəb isə F. Hüseynovun küllü miqdarda borcu olduğu üçün avtomobilin borc qarşlığı olaraq həbsə qoyulması olub.

Müxtəlif yanıq xəsarətləri alan F. Hüseynov xəstəxanaya yerləşdirilib.