Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun qızı Sabina Ağalarova qəzaya düşüb.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Moskvada baş verib. S.Ağalarovanın idarə etdiyi "Bentley” avtomobili arxadan "QAZel” markalı yük avtomobili vurub.

"Ağalarova Moskva küçələrində bahalı "Bentley” avtomobili ilə gedirdi. Hansısa məqamda onun avtomobilini arxadan "Qazel” vurub”, "Beşinci kanal” xəbər verir. Mənbə bildirir ki, Sabina Ağalarova hadisədə "Qazel” sürücüsünü günahkar sayır.