Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun İngiltərənin "Vulverhempton" klubuna keçidi rəsmiləşib.

Unikal.org xəbər verir ki, 20 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Transferin şərtləri və ödəniləcək məbləğ barədə məlumat verilməyib. 

Qeyd edilib ki, Dadaşov bir il müddətinə Portuqaliya Premyer Liqasında çıxış edən “Pakuş de Ferreyra”ya icarəyə verilib.