Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan istixananın taxta atmaları və üzərinə çəkilən polietilen üzlük yanıb. Bitişik istixanalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.