Bakının Səbail rayonunda Azərbaycan Dövlət Filarmoniyasının yaxınlığında güclü külək nəticəsində qırılan ağacın budağı 20 yaşlı qadının üzərinə düşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, təcili tibbi yardım üçün çağırış saat 12.05-də daxil olub.

Xəstə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Onun vəziyyəti orta ağırdır.