Sumqayıtda avtomobillərdən və evdən oğurluq edən şəxslər yaxalanıb. 

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində may-iyul ayları ərzində şəhər ərazisindəki 7 avtomobildən, habelə 2 evdən pul, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsrullayev və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.