Fövqəladə Hallar Nazirliyi ötən gün “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. 

Nazilrikdən Unikal.org-a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.