Türkiyədə 3,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İzmir şəhərindən 7 kilometr şimal-şərqdə, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.