Hacıqabulda qoyun oğruları tutulub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 25-də rayon sakini Ə.Dadaşova məxsus 42 baş qoyunu oğurlamaqda şübhəli bilinən şəhər sakinləri N.Ağayev, Q.Quliyev və İ.Kərimov saxlanılmışlar.