16 Sentyabr 2019
Qurban Qurbanov: “Rəqibimiz elə komandadır ki...”
Qurban Qurbanov:“Rəqibimiz elə komandadır ki...” İDMAN 23:34 2019-07-23

"Bütün fikrimizi sabhkı oyuna cəmləmişik. Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır".

Unikal.org xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində sabah "Dundalk"la keçiriləcək səfər oyunu ilə bağlı mətbuat konfransında deyib. 

Qurbanov rəqibin çox istəkli olduğunu və matçın asan keçməyəcəyini bildirib: "Orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var. Başda baş məşqçi olmaqla bütün komanda olduqca istəklidir. Düzdür, sabah süni örtüklü meydanda oynayacağıq, bu da futbola təsir edir. Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur, sabahkı oyuna tam konsantrasiya olmalıyıq. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu sabahkı oyun haqda demək olmaz. Bilirik ki, sabah bizə qarşı tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq".