Space Tv-də Amil Xəlilin «Gəl Dərdini Danış» sosial-krminal layihəsində növbəti maraqlı anlar yaşanıb.

Unikal.org xəbər verir ki, verilişə müraciət edən Salmanovlar ailəsi 49 yaşlı Almaz Salamanovanın müəmmalı ölümündən danışıblar. 40 gün əvvəl işlədiyi zavodda «ürək tutmasından» dünyasını dəyişib desələr də ailə bu iddiaları rəd edib.

Onlar xanımın "autokarla" vurulduğunu iddia ediblər. Amil Xəlil iddialar üzrə kəndə araşdırma aparıb. Şüphəli şəxslərdən olan Zülfiqarla telefon bağlantısı qura bilib. O, baş verənləri olduğu kimi etiraf edib.

"Düzün deyəcəm. Hə mən etmişəm. Görmədim. Öldürdüm. Bir neçə gün ailəmdən gizlətdim. "Amil Xəlilin "zavodun sahibi dayınızdır?" sualına o cavab vermək istəməsə də, sonradan dayısı olduğunu etiraf edib".

Salmanovlar ailəsi cinayətkarın hələ də həbs edilmədiyini, onun barəsindəhəbs qəti imkanı seçilmədiyindən narahatdır.