17 Sentyabr 2019
Ata 2 yaşlı qızını öldürdü- Azərbaycanda
Ata 2 yaşlı qızını öldürdü-Azərbaycanda HADİSƏ 15:16 2019-05-20

Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, Kürdəmir rayonunun Xırdapay kənd sakini N.Nərimanov evinin həyətindən “Mercedes” markalı avtomobillə çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.