15 Sentyabr 2019
14 Sentyabr 2019
Bağırsağında psixotrop maddə keçirmək istədi
Bağırsağında psixotrop maddə keçirmək istədi HADİSƏ 11:46 2019-05-16

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Zolfagharı Sabzeh Khanı Hanıeh Alı qızı Biləsuvar gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Unikal.org xəbər verir ki, şəxsi yoxlama zamanı həkim müayinəsinə zərurət yaranıb. Müayinə zamanı onun daxili bədən boşluğundan ümumilikdə 3 ədəd, sellofan bükümdə xalis çəkisi 162,54 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.


Faktla bağlı araşdırma aparılır.